Bu ilin yayında «Kocaelispor»dan gələn Ramil Şeydayev Samir Abasovun «qara siyahı»sına düşüb.
Millinin hücumçusunun Premyer Liqanın son turlarında əsas heyətdən kənarda qalması sırf bununla bağlıdır.
Baş məşqçi onun «Neftçi»dən getməsinə tərəfdardır. Sadəcə, forvardın «ağ-qaralar»la 2+1 illik müqaviləsi var, üstəlik, böyük miqdarda maaş alır.
Hər mövsümdə 500 min dolların üstündə pul əldə edəcək Ramil çempionatın ilk 18 turunda cəmi 3 qol vurub.
Oktyabrda paytaxt klubuna dönmüş çalışdırıcını ondan narazı salan isə məşqlərə ürəklə yanaşmaması, həvəssiz görünməsidir. Abasov bu üzdən Yeqor Bqomolskini ilk «11-liy»ə qaytarıb.
Mütəxəssisin komandanın içində belaruslu forvarda dediyi sözlər isə lap maraqlıdır.
Əlini 24 yaşlı legionerin çiyninə qoyan baş məşqçi «sən yenə, heç olmasa, qaça bilirsən» söyləyib və bununla Şedyayevə mesajını çatdırıb.
SPORTİNFO.AZ