Premyer Liqada yerini qorumaq iddiasında olan «Şamaxı» heyətini gücləndirmək yolunda növbəti addımını atıb.
«Şirlər» bu niyyətlə «Neftçi»nin qapısını döyüb.
Çempionatın ikinci dövrəsini yeddinci pillədə başa vuran əyalət təmsilçisi Ağadadaş Salyanskini müddətinə icarəyə götürmək niyyətində olduğunu bildirib.
Bakılılar razılıq versə, gənc hücumçu mövsümün sonunadək onların ixtiyarında olacaq.
«Neftçi»nin yetirməsi cari mövsüm az-az şans qazanır. Salyanski Premyer Liqanın 18 turu ərzində cəmi 1 qol vurub.
SPORTİNFO.AZ