COP29

Samir Abasova “dominant "Neftçi"ni nə vaxt görəcəyik” sualı verildi, güldü

21 Dekabr 18:50 Neftçi 633
Samir Abasova “dominant "Neftçi"ni nə vaxt görəcəyik” sualı verildi, güldü

"Neftçi" Premyer Liqanın 18-ci turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol gəlib bizi dəstəklədilər. Birinci hissədə rahat idik, oyunu idarə edirdik. İkinci yarıda gözlədiyimiz epizoddan qol buraxdıq. Ozobiç və Boqomolksinin yorulması öz sözünü dedi. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Futbolçularım mübarizə apardı. Burada hər rəqib çətinlik çəkir. 10-12 günlük istirahətə gedirik. Buna ehtiyacımız var.

- Ervin Koffini mərkəzdə oynatmağı əvvəlcədən planlaşdırmışdız?

- Xeyr, əvvəldən planlaşdırmamışdıq. Amma məşqdə bir az üzərində işləmişdik. Həmin mövqenin oyunçularını olmaması təsirsiz ötüşmür.

- Qoldan başqa "Neftçi"nin təhlükəli epizodu olmadı. Əzəmətli futbol oynamaq üçün nə çatmır?

- Şəxslər üzərində danışmayacam. Mən burada bunu deməyəcəm. Hər şey nəzarətimiz altındadır. Oyunu otuzdurmaq üçün zaman lazımdır. Bizim üçün hələ ki, prioritet nəticədir. Digər komandalar dəhşət futbol oynayır, tək "Neftçi" oynamır demək düzgün deyil.

- Qışdan sonra çətinlilərin arxada qalacağını düşünmək olar?

- Yaya kimi çətinliklər çəkəcəyik. Qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Bəzi futbolçular uduzmaqdan qorxur. Yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. "Neftçi" olaraq işimiz çoxdur və dayanmadan işləyirik.

- Qışda komandadan gedən olacaq?

- İndi bunu demək yersiz olar. Transferlərin üzərində işləyirik. Gücləndirməli olduğumuz mövqelər var. Amma qışda transfer etmək çətindir. Əlimizdə olan oyunçuları göndərsək, bunun əziyyətini çəkə bilərik.

- Dominant "Neftçi"ni nə vaxt görəcəyik?

- Martın 22-si (gülür). Nə deyim sizə?

- Kilan Lebonun performansının aşağı düşməsi nə ilə bağlıdır?

- Bütün futbolçular bizimlə Tovuza gəlmişdi. Çünki çox vacib matç idi. Oynamamağı zədə səbəbindəndir. Tək Lebonu deməzdim, komanda şəklində yaxşı deyilik.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar