Roman Qriqorçukun dönəmində "Neftçi"də yaşanan qalmaqallardan biri də kapitanlıq sarğısı ilə bağlı olmuşdu.
Belə ki, uzun müddət "ağ qaralar"ın kapitanı olmuş Emin Mahmudovdan anlaşılmaz şəkildə bazubənd alınmış və Ramil Şeydayevə həvalə olunmuşdu.
Ukraynalı mütəxəssisin istefasından sonra baş məşqçi postuna keçən Samir Abasov da məsələyə biganə qalmadı.
O, bu dəfə sarğını Şeydayevdən alaraq gənc Rza Cəfərova həvalə etdi.
Təbii ki, əsas məqsəd həm Eminin, həm də Ramilin könlünü şad etmək idi.
Aydın məsələdir ki, Abasov üçün əsas kapitan Mahmudovdur.
Kollektivdə təcrübəli mütəxəssis kimi düşünən futbolçular da az deyil.
Məsələn, müdafiəçi Robert Bauer.
Almaniyalı legioner "CBC Sport" kanalında qonaq olduğu "Legioner" verilişində səmimi etirafla yadda qalıb.
O, komanda yoldaşlarını bir sözlə ifadə edərkən, Mahmudov adını eşidincə "kapitan" deyə cavab verib.
Görünür, hər nə qədər bazubənd gah Şeydayev, gah da Cəfərovun əlinə taxılsa da futbolçular üçün dəyişməz kapitan elə Emin Mahmudovdur. Tək əskiyə sarğının qolunda olmamasıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
Robert Bauerin idman kanalındakı etirafına aşağıdakı linkdə baxa bilərsiniz: