«Neftçi»nin baş məşqçisi Samir Abasov dekabrın 22-dən sonra klubun Müşahidə Şurasının üzvləri ilə görüşəcək.
Bu təşəbbüs onun özündən gəlib.
Oktyabrda komandanı Roman Qriqorçukdan təhvil almış mütəxəssis şuraya 2 aylıq hesabat təqdim etməyi planlaşdırır.
O. ötən müddətdə ərzində qarşılaşdığı problemlər və vəziyyətdən çıxış yolları barədə fikirlərini bildirib, həmçinin razılaşdırmaq fikrindədir.
Abasov qeyri-sabit çıxışın səbəbləri içində iki mühüm faktorun üzərində dayanıb. Futbolçuların funksional fiziki hazırlığından şikayətçi olan çalışdırıcı digər tərəfdən seleksiya işindən kəskin narazıdır.
Baş məşqçinin «qara siyahı»sı demək olar hazırdır. Sadəcə, «Turan Tovuz»la səfər matçını gözləyir.
Çalışdırıcı yay gözləmək istəmir, qış fasiləsinin elan olunması üçün səbirsizlənir. 10-a yaxın oyunçu ilə yolların ayrılmasını istəyir.
SPORTİNFO.AZ