Samir Abasov qış fasiləsini səbrsizliklə gözləyir.
Yayda heyətə cəlb edilən yararsız oyunçulardan canını qurtarmaq üçün.
Düzdü, əksəriyyətinin klubla uzunmüddətli və yaxşı maaşa hesablanmış müqaviləsi var. Yolların ayrılması elə də asan görünmür. Özü də qış fasiləsində. Amma rəhbərlik uğurlu olmaq istəyirsə, başqa çarəsi yoxdur. Bir yolunu tapıb, bəzi əcnəbilərə qapını göstərməlidir.
Çətini yararsız furbolçuların yola salınmasıdır.
Yeni transferlər qapıdadır, uzağa getməyə gərək yoxdur.
Söhbət təcrübəli mütəxəssisin "Sumqayıt"dan hazırkı iş yerinə gətirmək istədiyi sabiq yetirmələrindən gedir.
Siyahıda Roi Kehat, Səbuhi Abdullazadə, Cordan Rezabala və Rövlan Muradov kimi adlar var.
Adıçəkilənlər Abasovun nə istədiyini yaxşı bilən furbolçulardı. Sərəncamında kifayət qədər yaxşı performansla yadda qalıblar. Adaptasiyaya görə uzun zaman lazım olmayacaq.
Digər tərəfdə maliyyə baxımından da rəsmilər o qədər xərcə düşməyəcəklər. Bu gün hər biri o qədər də yüksək olmayan maaş qarşılığında "kimyaçılar"ın formasını geyinirlər.
Yuri Matiasın keçidində 500 min, Mark Tamaşda isə 200 min dollar təzminat ödəyən klub üçün iddiaları aşağı, büdcəsi məhdud olan "Sumqayıt"dan futbolçu transfer etmək elə də çətin olmamalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ