“Ayın qolu” layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifi olan "Neftçi"nin yarımmüdafiəçisi Murad Məmmədov 1000 manat məbləğində mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Futbolçuya mükafatı Premyer Liqanın XVII turunun “Neftçi” – “Kəpəz” görüşündən əvvəl qurumun Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.