COP29

"Neftçi"nin baş məşqçisi: “Nəticələrimiz ürəkaçan deyil, bərbaddır, amma...”

00:40 Neftçi 70
"Neftçi"nin baş məşqçisi: “Nəticələrimiz ürəkaçan deyil, bərbaddır, amma...”

"Neftçi"nin baş məşqçisi Samir Abasov açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, qarşıdakı oyunlar və komandanın durumundan danışıb:

"Qış fasiləsinə qədər son iki oyunumuz qalıb. Biri evdə olacaq, digərisi də səfərdə.

İşimiz tam düzəlməsə də, ən azı əhval-ruhiyyəmizi bu iki oyunda maksimal nəticə götürərək düzəltmək istəyirik. Qış fasiləsində yaxşı motivasiya ilə hazırlaşmaq üçün son iki matç vacibdir.

Baxmayaraq ki, nəticələrimiz ürəkaçan deyil, hətta bərbaddır, amma bu, bizim işimizə qətiyyən mane olmur. Tam gücümüzlə işləyirik.

Artığını etməyə çalışırıq, çünki bilirik ki, vəziyyətdən çıxmalıyıq. Bunu da ancaq çox çalışaraq edə bilərik. Həmişəki proqramımızla davam edirik".

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!