"Neftçi" heç cür özünə gələ bilmir.
Qış fasiləsinə 2 tur qalır, amma klub hələ də turnir cədvəlinin aşağı pillələrindən qurtulmağı bacarmır.
Yaranmış vəziyyət təbii ki, ən çox "ağ qaralar"ın tərəfdarlarını narahat edir.
Bizim daimi oxucumuz olan Mənsum Abbaslı da həmin fanatların arasında yer alır.
Çılğın "Neftçi" tərəfdarı olan Mənsum bəy bu dəfə ürək sözlərini demək üçün "Sportinfo"ya üz tutub.
Onun fikirlərini olduğu kimi təqdim edirik:
"Bəzən "Neftçi" haqqında danışmaq adama xəstəlik, dərd gətirir. Bu qədər problem indinin nəticəsi deyil.
Bəzən klub deyil, biz azarkeşlər də nəyi necə etməyi unuduruq. Digər komandaların azarkeşləri inciməsin. Amma Avropa arenasında təsnifat nədi bilməyən, adı ilk "beşlik"də olmayan klubların azarkeşləri tərəfindən lağ yerinə çevrilmişik.
"Neftçi"nin son illərdəki uğursuzluqlarının səbəbi çoxdur.
Klub rəhbərliyində tez-tez dəyişikliklər olması uzunmüddətli strategiyaların həyata keçiririlməsi mane olur.
Klubun inkişafı üçün konkret bir planın və strategiyanın olmaması gələcək perspektivləri məhdudlaşdırır.
Maliyyə vəsaitlərinin effektiv idarə olunmaması və ya yanlış transferlər nəticədə resursların israfına yol açır.
Komandaya uyğun olmayan və ya lazım olan mövqelərə futbolçuların alınmaması sezilir.
Gənc futbolçuların peşəkar səviyyədə inkişafına kifayət qədər diqqət ayrılmaması faktdır.
Klubun əsasən xarici futbolçulara üstünlük verməsi və yerli istedadlara şans yaratmaması xoş deyil.
Tez-tez baş məşqçi təyinatları olur. Klubun baş məşqçi postunda stabil vəziyyət olmaması komandanın taktiki və psixoloji hazırlığına mənfi təsir edir.
Azarkeşlərlə əlaqə ürəkaçan deyil. Klubun uğursuzluqları azarkeş dəstəyinin azalmasına və bunun nəticəsində komandanın motivasiyasının düşməsinə səbəb olur. Bu dövr həm də oyunçular və klub işçilər üçün əlavə psixoloji yük yaradır.
Azərbaycan Premyer Liqasında digər klublar güclənir. Rəqabət artır.
"Qarabağ"ın xüsusilə güclənməsi diqqətdən qaçmır və biz çox geri qalırıq.
Bu problemlərin həlli üçün uzunmüddətli strategiya, düzgün transfer siyasəti, yerli futbolun inkişafına dəstək və peşəkar idarəçilik tələb olunur.
"Neftçi" kimi tarixi bir klubun uğursuzluqlarını aradan qaldırmaq üçün əsasən idarəçilikdə davamlılıq və peşəkarlıq ön planda olmalıdır.
Necə olur bu qədər problemi biz azarkeş bilib hiss edirik, amma o boyda vəzifədə oturanlar çarənin nə olduğunu bilmirlər?
Bəlkə bilmirlər? Xeyr, əlbəttə ki, bilirlər".
SPORTİNFO.AZ