COP29

Samir Abasov nöqtə qoydu: “Qəti qərarımızdır”

11 Dekabr 21:20 Neftçi 3 615
Samir Abasov nöqtə qoydu: “Qəti qərarımızdır”

“Neftçi” qış hazırlıq prosesini Bakıda keçəcək.

Artıq bununla bağlı klubda qəti qərar verilib.

Bu mənada son sözü baş məşqçinin öhdəsinə buraxan klub rəhbərliyi ondan lazım olan cavabı alıb.

Samir Abasov verdiyi açıqlamada bu barədə fikirlərini bildirib:

“Ölkə xaricinə getmək haqda ümumiyyətlə düşünmürük. Ciddi mənada dəyişiklik olmasa, Bakıda qalan komandalardan biri də biz olacağıq.

Bu, qəti qərarımızdır. Düşünürəm ki, burada hər cür şərait var. Meydançalar, baza – hər şey idealdır. Qalır yoldaşlıq görüşləri keçirmək, onu da yoluna qoymağa çalışacağıq”.

“Ağ-qaralar” bu il sonuncu oyununu Premyer Liqanın 18-ci turu çərçivəsində dekabrın 21-də səfərdə “Turan Tovuz”a qarşı keçirəcək.

Gələn ilin ilk matçı isə “Sabah”a qarşı olacaq. Qarşılaşma 17-19 yanvar tarixləri arasında baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti