"Neftçi"nin baş məşqçisi Samir Abasov Yuri Matiası cəzalandırıb.
Buna səbəb braziliyalı legionerin Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ"la görüşdə (0:3) yol verdiyi məsuliyyətsizlik olub.
Təcrübəli mütəxəssis arxa xətt oyunçunun ilk qolda etdiyi kobud xətanın üzərindən keçib. Bunu oyun epizodu kimi dəyərləndirib.
Amma buraxılan 3-cü qolda Matiasın etdiyi məsuliyyətsizliyi ona bağışlamayıb.
Əcnəbi futbolçuya böyük məbləğdə pul cəzası kəsilib.
Xatırladaq ki, 3-cü qolda "44 nömrə" boş qapıya gedən topun qarşısını ala biləcəyi halda, oyundankənar şübhəsi ilə qolu sadəcə seyr edib.
Davamında referinin qərarı ilə qol qeydə alınıb.
Təkrara baxanda da hər hansı oyundankənar vəziyyətdən söhbət getmədiyi aydın görünüb.
XANOĞLAN / SPORTİNFO.AZ