“Neftçi” daha bir oyunda “Qarabağ”la bacarmadı.
Əzəli və əbədi rəqiblərin bazar günü “Neftçi Arena”da keçirilən görüşündə ağdamlılar bakılıları 3:0 hesabı ilə məğlub etdi.
Oyun başa çatandan sonra komandalarda fərqli ab-hava hökm sürürdü.
“Qarabağ”lılar qələbə sevincini yaşamaq üçün qonaq azarkeşlərin yer aldığı tribunanın önünə tələsir, meydan sahibləri pərişan halda meydanın mərkəzində gözləyirdi. Çünki “Forza Neftçi”nin qarşısına getməyə üz yox idi.
Nəhayət, daşı ətəyindən tökən futbolçular özlərində güc tapıb 90 dəqiqə möhtəşəm dəstək verən azarkeşlərin önünə yollandı.
“Forzalılar” bu dəfəki məğlubiyyəti onlara bağışladı. Yəni futbolçularla fanatlar arasında hansısa dialoq və narazılıq görünmədi. Komanda üzvlərinin bəzilər böyük hesablı məğlubiyyətə görə tərəfdarlardan üzr istəməyi özlərinə borc bildilər.
Bu yerdə “Forza Neftçi”nin böyüklüyü mütləq qeyd olunmalıdır. Bu azarkeşlər oynamadan uduzan komanda ilə meydanda can qoyub məğlub olan kollektivi bir-birindən ayırmağı bacarır.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN