Braziliyalı Andre Şinyaşiki ilə vidalaşan «Neftçi» qarşıdakı günlərdə daha bir legionerlə yollarını ayırmağa hazırlaşır.
Samir Abasovun «Qara siyahı»sındakı növbəti əcnəbi Yeqor Boqomolskidir.
Baş məşqçi belaruslu hücumçunu gələcək planlarına daxil etməyib. Oktyabrda paytaxt klubunun sükanı arxasına qayıtmış mütəxəssis 24 yaşlı forvardın vaxtından əvvəl düşərgədən göndərilməsini istəyib.
Rəsmilər də öz növbəsində hərəkətə keçərək, Boqomolski ilə danışıqlar arxasına əyləşib.
2022-ci ilin yayından bəri ağ-qara formanı geyinən «Dinamo Minsk»in yetirməsinin müqaviləsi gələn ilin yayında başa çatacaq. Ona kontraktı qarşılıqlı razılıq əsasında pozmaq təklif edilib.
SPORTİNFO.AZ