COP29

“Neftçi” bu qış 4-5 nəfəri yola salmasa… KRİTİK GƏLİŞMƏ

16:00 Neftçi 312
“Neftçi” bu qış 4-5 nəfəri yola salmasa… KRİTİK GƏLİŞMƏ

Bu, bir daha dəqiqləşdi - «Neftçi» hələ iddialı olmağa hazır deyil.

Arada xeyli vaxt itirilib və Samir Abasovun minimum 2020-21-ci ilin «Neftçi»sini yaratmağa babat zamanı gedəcək.

Hələ bu da sual altındadır ki, o «Neftçi»ni təkrar qura biləcək, ya yox.

Doğrudan da, çox müşkül məsələdir. Pis vaxtda geri qayıdıb və çempionluq istəyini dilə gətirməsi ona bəlkə də 2-3 il kifayət etməyəcək.

«Neftçi» bu qış 4-5 nəfəri yola salma lıdır. Gələn ilin yayında isə azından bir o qədəri düşərgədən uzaqlaşdırılmalıdır.

Son 1-2 ildə gələn legionerlərin bir çoxunun səviyyəsi «Neftçi»nin adı və çəkisi ilə uzlaşmır.

Turnir cədvəlində vəziyyət «Neftçi»dən yana kritikdir, alınan əcnəbiləri artıq xalçanın altına süpürməklə problemin miqyasını kiçiltmək qeyri-mümkündür.

Yuri Matias, Mark Tamaş, Rafael Quzzo, Robert Bouer, Dembo Darbo və Andrey Ştoqrin kimi legionerlərlə yalnız orta yerlər uğrunda mübarizə aparmaq olar.

Samir Abasov avrokuboklara vəsiqə qazanmağı gerçəkdən istəyirsə, iki ayağını bir başmağa dirəməli, onlarla vidalaşmalıdır.

Belə nə qədər istəyir komandaya moral versin, qazanmaq istəyini gücləndirsin: əgər əldəki «məhsul»un keyfiyyəti aşağıdırsa, «Qarabağ»ın qarşısına çıxmaq intihara bərabərdir.

Dünənki kimi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti