«Neftçi»nin baş məşqçisi Samir Abasovun derbidə «Qarabağ»a 0:3 hesablı məğlubiyyətə əsl reaksiyası bəlli olub.
O, Premyer Liqanın 15-ci tur matçından sonra media önündə ümumi danışsa da, əslində futbolçularına öz narazılığını sərt dillə ifadə edib.
Düzdür, hamısını «ip»ə düzməyib, ancaq lazım olan sözləri söyləyib. Belə ki, çalışdırıcı qarşılaşmanın ardından paltardəyişmə otağında əsasən legionerlərə «yüklənib».
Abasov sözünü əsasən səhvləri ilə yadda qalan əcnəbi oyunçulara ünvanlayıb və «sizin yeriniz bura deyil, «Neftçi»nin formasını geyinməyə haqq etmirsiz» deyib.
Oktyabrda Roman Qriqorçuku əvəzləmiş sükançı irəlidə 3 çempionat matçının olduğunu, aparacağı islahatlara bundan sonra başlayacağını vurğulayıb.
SPORTİNFO.AZ