"Neftçi" tarixi derbidə növbəti dəfə "Qarabağ"a məğlub oldu - 0:3.
Bununla da əzəli rəqiblə görüşlərdə "Ağ qaralar"ın qələbə həsrəti 16 matça çatdı.
Samir Abasovla başlayan uğursuz seriya onunla da sona çatmadı.
16 matçdan yalnız biri bərabərliklə bitib. Digər 15 matçda "köhlən atlar" qələbəyə sevinən tərəf olub.
Belə mənzərə "Neftçi" azarkeşinin kefinə necə soğan doğramasın?
Hələ bu harasıdır? Dərd qələbə həsrəti olsaydı nə vardı.
Paytaxt klubu prinsipial rəqibinin qapısından qol keçirməyi də yadırğayıb.
Son 3 matçda qapısında 12 qol görən "Neftçi" əvəzində bir təsəlli qoluna da sevinə bilməyib.
Son 8 matçda isə cəmi 2 qolla azarkeşlərini sevindirə bilib. Onun da biri penaltidən vurulub.
Əvəzində 28 dəfə "Qarabağ" cəbhəsi qol sevinci yaşayıb.
XANOĞLAN/ SPORTİNFO.AZ