“Neftçi” bazar günü üz-üzə gələcəyi “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir.
Dembo Darbo ilə Azər Əliyevin kollektiv çalışmalarda iştirak etməsi, Kilan Lebonun cəzasını başa vurması baş məşqçi Samir Abasovun əhvalını yüksəldib.
Buna baxmayaraq, itkilər də yox deyil. Təcrübəli futbolçular Emin Mahmudovla Azər Salahlı prinsipial oyunda iştirak etməyəcəklər.
Salahlının yaşıl meydanlara dönüşü gələn ilin .əvvvəlində mümkün olacaqsa, Mahmudov hələ ki, fərdi məşqlərlə kifayətlənir.
Dekabrın 1-də “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ