Samir Abasovun təmizləmə əməliyyatı Andrey Şinyaşiki ilə başladı.
Yəqin ki, braziliyalı legionerə qoşulanlar bundan sonra da olacaq.
Təcrübəli mütəxəssis təkcə gedənlər barədə yox, həm də yeni transferlər barədə çək-çevir edir.
Onu xüsusilə narahat edən isə müdafiə xəttidir.
Arxa xəttin dirəyi hesab edilən Yuri Matias belə tez-tez mövqe səhvlərinə yol verir. Yalnız "Qarabağ"la oyundakı xətaları yox, əvvəlki matçlarda etdiyi kobud səhvlər də kollektivə ciddi zərər verir.
Bu da baş məşqçini narahat etməyə bilməz.
Aşkar görünür ki, "ağ qaralar"a etibarlı müdafiəçi mütləq lazımdır.
Topla rəftarı yaxşı, maksimum səhvdən uzaq biri.
Qış fasiləsində axtarışlar məhz bu istiqamətdə daha çox gedəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ