COP29

“Neftçi” 2025-ə...

20:40 Neftçi 229
“Neftçi” 2025-ə...

“Zirə”ylə oyunda fərqli “Neftçi” gördük.

Kollektiv iki həftəlik fasilədən necə lazımdır yararlanmışdı.

Topa nızarət edən, düşünülmüş hücumlar quran, meydanın hər qarışında mübarizə aparan kollektiv var idi sahədə.

Ramil Şeydayevin yerində cəza səbəbindən kənarda qalan Kilan Lebon olsaydı, bakılılar 2 yox, daha çox top vurar, qol fürsətlərini sıralayardı. Təəssüf ki, “ağ-qaralar” meydanda varlığı ilə yoxluğu bilinməyən Şeydayevsiz, bir nəfər azlıqda oynayırdı.

Dönüş nöqtəsi deyilən anlayış var, bu, həmin an idi. “Zirə” kimi ağır rəqibi məğlub etmək hər komandanın başı üçün deyil. Bunu bacardılarsa, məntiqlə davamı əla gəlməlidir.

Növbəti rəqib “Qarabağ”dır. Ağdamlılar “Lion”la oyundan çıxacaq, meydan və azarkeş amili “ağ-qaralar”ın xeyrinə işləyəcək, zirəlilərlə qarşılaşmanın verdiyi motivasiya da öz yerində.

“Qarabağ”dan 1 xal ala bilsələr, sonrası yağ kimi gedəcək. 16-cı turda Sumqayıtda yerli komanda ilə üz-üzə gələcəklər, 17-cı turda Bakıda “Kəpəz”i qəbul edəcəklər. Bu matçlardan 6 xalla ayrılmamaq günah olar.

Bu ilin sonuncu futbol həftəsində səfərdə “Turan Tovuz”la qarşılaşıb fasiləyə yollanacaqlar. Nəticəyə hesablanmış oyuna üstünlük verən bölgə təmsilçisini Tovuzda udmağın yolunu “Qarabağ” göstərib. Mümkün 3, minimum 1 xal deyək.

Qarşıdakı 4 həftədə “Neftçi” xallarının sayını artırmaqla 2025-ə ilk “5-lik”də daxil ola bilər. Təqvim və komandanın hazırkı durumu belə deyir. Görək, komanda nə deyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti