Azərbaycan millisinin düşərgəsində zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov böyük ehtimalla Premyer Liqanın 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyunda komandanın heyətində yer alacaq.
Sportinfo.az xəbər verir ki, daha öncə 14-cü turun “Zirə” ilə oyununu (2:1) buraxan Mahmudov dünən fərdi məşqlərə başlayıb.
Mahmudov təxminən üç günə tam olaraq kollektivlə məşqlərə qayıdacaq və onun turun qarşıdakı mərkəzi oyununda iştirak etmək ehtimalı artacaq.
“Neftçi” – “Qarabağ” oyunu dekabrın 1-də “Neftçi Arena” stadionunda keçiriləcək və görüşə saat 19:00-da start veriləcək.