Rafael Quzzonun “Neftçi”yə keçidi böyük ajiotaja səbəb olmuşdu.
“Tondela”, “Vizela” və “Çaveş”in heyətində Portuqaliya Primerasında 100-ə yaxın oyunda meydana çıxaraq 6 qol və 7 assistə imzasını yazdıran əslən Braziliyadan olan yarımmüdafiəçi Azərbaycanda heç nə ilə yadda qalmayıb.
Ağ-qara formada 8-i əsas heyətdə olmaqla 10 oyunun iştirakçısı olmasına baxmayaraq, nə qol, nə də məhsuldar ötürmə müəllifi olub. Oyunlar zamanı da ümumi ansambldan geri qaldığı aşkar görünür.
Quzzo Sportinfo.az-a açıqlamasında “Neftçi”yə gec qoşulmasının hazırlıq durumuna ciddi təsir etdiyini gizlətməyib:
“Fiziki durumum hər ötən gün yaxşıya doğru dəyişir. Azərbaycana gələndə 3 ay idi heç bir komanda ilə məşq etməmişdim, təlim-məşq toplanışı keçməmişdim.
Təsəvvür edin, yayda keçməli olduğum hazırlığı indi keçirəm (gülür).Üstəlik, yeni mühit, yeni kollektiv. Avqustla müqayisədə sentyabrda daha yaxşı idim, indi isə oktyabra baxanda yaxşıyam.
Fiziki hazırlığım qaydasına düşür, özüm də kollektivə tam uyğunlaşıram. Növbəti oyunlarda daha faydalı olacağımı düşünürəm”.
HƏBİB