“Qazandığımız qələbə bizi sevindirir. Bunu azarkeşlərimizlə birlikdə qeyd etməyimiz isə ikiqat sevinc verir”.
“Neftçi”nin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuç Sportinfo.az-a açıqlamasında “Zirə” üzərində qazanılan qələbədən sonrakı ab-hava barədə danışıb.
“Ağ-qaralar” cari mövümdə ikinci qalibiyyətini zirəlilərlə matçda əldə etdi – 2:1.
Oyun başa çatandan sonra futbolçular paltardəyişmə otağına yox, “Forza Neftçi”nin yer aldığı tribunanın önünə yollanıb, qələbə sevincini tərəfdarlarla bölüşdülər.
Kuç həmin azarkeşlərin narazılığını anladığını, onları sevindirmək üçün çalışacaqlarını söyləyib:
“Bizim onlara borcumuz var. Qalib gəlmədiyimiz oyunlardan sonra belə, bizi dəstəkləyir, yanımızda olduqlarını göstərirlər.
Bəzən əsəbiləşirlər, qıcıqlanırlar ki, bu da anlaşılandır. Hər bir azarkeş sevimli komandasından qələbə gözləyir.
Üzüldükləri anların qarşılığını qələbələrlə verməliyik. Uğursuzluq bizim üçün necə çətindirsə, onlar üçün ikiqat ağırdır.
Çünki sıradan klubun yox, “Neftçi”nin azarkeşləridir. “Zirə”ylə görüşdən sonra birlikdə atılıb-düşməyimiz əla görüntü idi.
Bunu hər dəfə etmək üçün meydanda əlimizdən gələni edəcəyik”.
“Neftçi” Premyer Liqanın 15-ci turunda “Qarabağ”ı qəbul edəcək.
Dekabrın 1-də “Neftçi Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
HƏBİB