Samir Abasovun ikinci dəfə qayıtdığı «Neftçi»də 2-ci qələbəsini həftəsonu əldə etdi.
Filip Ozobiçlə Emin Səfərovun qolları adını çəkdiyimiz baş məşqçinin üzünü güldürdü.
Abasovun simasına təbəssüm qonduracaq başqa heç nə gördük? Təəssüf ki. heç nə.
Artıq bu təyinatdan iki aya yazın vaxt keçib, biz hələ də «Neftçi»nin dirçəlişindən danışa bilmirik.
Danışmaq üçün əsas olmalıdır, özü də tutarlı əsas. Bu əsası isə bizə futbolçular verməlidir. Onlar da vermirlər.
İstək artıb, vəssalam! Və yenə təəssüf ki, istəkdən danışanda, biz bunu bütün futbolçulara şamil edə bilmirik. Aid etdiklərimiz bir qrupdur, bütün komanda deyil.
Ramil Şeydayevi götürək. O, «Zirə» ilə oyunun içində yox idi. Tənbəl ki tənbəl! Topsuz halda qaçmır və rəqib müdafiəçilərə təzyiq etmir.
Pressinqlə heç arası yoxdur. Ramil yalnız top ona gələndə yerindən tərpənir, onda da sanki könülsüz.
«Neftçi» qələbəni əla oynayaraq qazanmadı. Ozobiç təcrübəsi, səfərov bəxti sayəsində 3 xalı gətirən qolları vurdu.
Samir Abasovun dərdi böyükdür. Hələ çox iş vao qabaqda. Allah köməyi olsun, görək, bu ağır işin, məsuliyyətin altından necə qalxacaq.
Komandanı təmtzləyəcəksə, yəqin ki, elə birinci Şeydayevdən başlayacaq, sonra digərlərinə keçəcək.
Demişəm də, Ramili bir alan sevinir, bir də ondan canını qurtaran.
ELXAN