COP29

“Neftçi”nin baş məşqçisi: “Suyu süzülmüş, çökmüş halda bura qayıdıblar” - VİDEO

02:20 Neftçi 84
“Neftçi”nin baş məşqçisi: “Suyu süzülmüş, çökmüş halda bura qayıdıblar” - VİDEO

"Neftçi” Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan yaxşı əhval-ruhiyyə ilə ayrıldıqlarını bildirib:

“Futbolçularımı təbrik edirəm. Bugünkü oyundan yaxşı əhval-ruhiyyə ilə ayrılırıq. Bu qalibiyyətlərə o qədər çox ehtiyacımız var ki… Nə xoş bizə ki, bu gün qalib gəldik. Çox ciddi rəqibə qarşı oynadıq.

Millinin belə məğlubiyyətləri bizim də başımıza gəlib. Və mən bilirəm ki, həmin anda orda olan futbolçularımız nələr çəkir.

Mən istəmərəm ki, millidən qayıdan futbolçularım üzgün gəlsinlər. Onların üzüntüsünü istəmərəm ki, mənim də oyunlarıma təsir göstərsin.

Sözün əsl mənasında suyu süzülmüş, psixoloji çökmüş halda geri qayıtmışdılar. Bir baş məşqçi kimi mənim burada Fernandu Santuş haqda danışmağım düzgün olmaz.

Mən əminəm ki, millidə olan futbolçular, nəinki Rza Cəfərov, Ramil Şeydayev, hətta bütün oyunçular üzgün idi.

Onları bu oyuna kökləmək inanılmaz dərəcədə çətin idi. Amma bu, futboldur və futbolçunun həyatında məğlubiyyətlər də olacaq, qələbələr də.

Bu gün həddindən artıq çox işləməliyik. Çox çətin bir yükün altına girmişik. “Qarabağ”la gələn həftə olacaq oyuna hazırlaşacağıq.

Bu gün faiz dərəcəsi ilə götürsək, komandada istək daha üstün idi.

Komandada hansısa sistemi otuzdurmuşuq desəm, reallıqdan uzaq olar. Bu qalibiyyət demək olar sırf futbolçuların istəyi, əzmi və mübarizəsi sayəsində oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 23:40 Niyə bəyənməyim?