COP29

"Neftçi"nin vingeri Qrenadaya 2 qol vurdu, qalib gəldilər

20 Noyabr 08:40 Neftçi 788
"Neftçi"nin vingeri Qrenadaya 2 qol vurdu, qalib gəldilər

"Neftçi"nin legioneri Kilan Lebon Saint Martin millisinin heyətində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı vinger KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada komandasına qarşı matçın iştirakçısı olub.

Saint Martinin 3:0 hesablı qələbəsi ilə bitən oyunda Lebon dubl edib. O, oyuna start heyətdə çıxıb və 90+5-ci dəqiqədə İmri Şevalyer ilə əvəzlənib. Futbolçu həmçinin oyunun ən yaxşısı seçilib.

Saint Martin 6 oyundan sonra öz qrupunda 6 xalla sonuncu yerdədir. Qrupa Kurasao millisi 13 xalla liderlik edir. İkinci yerdə 9 xalla Saint Lusiya, 3-cü yerdə isə 7 xalı olan Qrenada qərarlaşıb.

Qrenada - Saint Martin 0:3

Qollar: Rahim Denis, 39, Kilan Lebon, 87, 90+3

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!
20 Noyabr 01:50 I Liqa, yA TƏHQİRXANA?