«Neftçi»dən təklif alan Səbuhi Abdullazadə «Sumqayıt»lılara məyusluq yaşadıb.
Yarımmüdafiəçi yetirməsi olduğu kluba arxa çevirib.
2001-ci il təvəllüdlü gənc «kimyaçılar»ın müqaviləni uzatmaqla bağlı çağırışına adekvat yanaşmayıb. Kontraktı 2025-ci ilin yayında başa çatacaq Abdullazadənin bir ayağı demək olar «Neftçi»dədir.
Samir Abasov ona ağ-qara forma geyindirəcəyinə söz verib.
Tərəflər 3 illik anlaşma şərtlərində də ortaq məxrəcə gəlib. Səbuhi paytaxt təmsilçisində indi qazandığından azı 2 dəfə çox əməkhaqqı alacaq.
SPORTİNFO.AZ