“Neftçi” Samir Abasovun rəhbərliyi altında ardıcıl üçüncü oyunda qələbəyə həsrət qaldı.
Ötən həftə “Neftçi Arena”da baş tutan qarşılaşmada “Şamaxı”nı qəbul edən bakılılar yekunda 2:2-lik bərabərliklə barışmaq məcburiyyətində qaldı.
Hakimin final fitindən sonra “Forza Neftçi”lilərin qəzəbi yerə-göyə sığmırdı. Təhqir və şüarlardan uzaq olsalar da, bu dəfə etirazlarını fərqli formada çatdırdılar.
Əvvəlki uğursuz nəticələrdən sonra futbolçuları tribunanın önünə səsləyib fikirlərini çatdırırdılarsa, artıq buna gərək duymurlar. Yekun nəticədən razı qalmadıqlarını fərqli formada bildirdilər – matç qurtaran kimi tribunanı tərk etməklə.
Ramil Şeydayev, Rza Cəfərov və digərləri “forzalılar”a tərəf yön alanda, bir də baxdılar ki, oturacaqlar boşalır. Belədə çıxış yolunu fanatlara uzaqdan təşəkkür edib, meydanı tərk etməkdə gördülər.
13 oyundan sonra aktivində cəmi 10 xal olan “Neftçi” yalnız “Səbail”lə “Kəpəz”i qabaqlayaraq 8-ci pillədə yer alıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN