«Tək bu il deyil, ümumiyyətlə, son illərdə «Neftçi»də yanlış transfer siyasəti aparılıb».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»nin gənc istedadı Murad Məmmədov haqda danışıb.
Samir Abasovun gəlişindən sonra daha tez-tez oynamaq şansı qazanan yarımmüdafiəçinin fərdi keyfiyyətlərindən bəhs edən tanınmış teleşərhçi bildirib ki, o, hazırda komandanın ən yaxşısıdır.
Muradın Premyer Liqanın 13-cü turunda «Şamaxı»ya vurduğu gözəl qola diqqət çəkən Abbasov deyib ki, belə tapıntıları üzə çıxarmaq, qabağa çəkmək və qorumaq lazımdır.
Ekspert yaxın keçmişə da ekskursiya edib, xatırladıb ki, nədənsə bu cür gənclər «Neftçi»də tez parlasa da, tez də yoxa çıxırlar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN