COP29

“Çoxsaylı təkliflər aldı, amma o, “Neftçi”ni atıb getmədi” - VİDEO

11 Noyabr 17:40 Neftçi 1 496
“Çoxsaylı təkliflər aldı, amma o, “Neftçi”ni atıb getmədi” - VİDEO

“Çoxsaylı təkliflər aldı, amma o, “Neftçi”ni atıb getmədi”.

Bu açıqlama futbol eksperti Emin Abbasova aiddir.

Tanınmış teleşərhçi bildirib ki, Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevski "Neftçi"dəki oyunuyla qəlbləri fəth edib.

Bildirib ki, ona Rusiya və Ukrayna klublarından dəfələrlə təkliflər gəlsə də, Bakını tərk etmək istəməyib.

Anatoli Banişevski SSRİ yığmasında 50 oyun keçirib, 20 qol vurub. Məşhur hücumçu 1972-ci ildə Belçikada keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. Lakin həmin turnirdən sonra yığmanın qapıları onun üzünə bağlanıb.

SSRİ yığması 1972-ci Avropa çempionatının final oyununda Almaniyaya (AFR) 0:3 hesabıyla məğlub olub.

Həmin görüşdən dərhal sonra soyunub-geyinmə otağına daxil olan məmurlardan biri futbolçuları kəskin tərzdə danlamağa başlayıb. Bakılı balası dözməyib cavab qaytarıb. Banşevski sonralar həmin hadisəni belə xatırlayıb:

"Oyun bitən kimi paltardəyişmə otağına çox əhəmiyyətli məmur gəldi. Sərt danışırdı, bizi az qala vətən xaini çıxardırdı.

Axırda dözməyib cavab verdim ki, əgər bizim oyunumuzu bəyənmirsə, özü çıxardı meydana və bizə necə oynamaq lazım olduğunu göstərərdi.

Mənim sözlərimdən sonra həmin məmur çıxışını yekunlaşdırıb getdi. O hadisədən sonra məni bir daha SSRİ yığmasına çağırmadılar..."

Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!