Azərbaycanlı futbolsevərlərin yaxından tanıdığı Ataa Caberin yeni iş yeri müəyyənləşib.
2022-2024-cü illər aralığında “Neftçi”nin şərəfini qoruyan Fələstin millisinin üzvünün sonuncu iş yeri elə ölkəmizdə olmuşdu.
Lakin mayda “ağ-qaralar”ı tərk edəndən sonra uzun müddət klubsuz idi. Sentyabr ayında “Araz-Naxçıvan”la danışıqlar aparsa da, şəxsi problemlərə görə sözləşmə baş tutmamışdı.
Xeyli götür-qoy edən Caber karyerasını Qətərdə davam etdirməyi qərara alıb.
30 yaşlı dayaq yarımmüdafiəçisi bu ölkənin Ulduzlar Liqasında mübarizə aparan “Qətər SC” klubu ilə müqavilə bağlayıb.
İsraildə anadan olan futbolçu “Neftçi”nin heyətində bütün yarışlarda meydana çıxdığı 58 matçda 9 qol və 7 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ