“Neftçi” Premyer Liqanın XIII turunda yenilik edib.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” “Şamaxı” ilə görüşə (2:2) yeni hazırlanmış xüsusi forma ilə çıxıb.
Bu geyim 8 noyabr Zəfər Gününə həsr olunub.
Paytaxt təmsilçisi bu əlamətdar günə xüsusi forma ilə meydana çıxmağı məqsədəuyğun sayıb.