COP29

Yaxşı ki, onlar var! “Neftçi”nin xadimələri ilə vecsiz futbolçuları - FOTOLAR

9 Noyabr 16:40 Neftçi 1 492
Yaxşı ki, onlar var! “Neftçi”nin xadimələri ilə vecsiz futbolçuları - FOTOLAR

Ötən tur “Araz-Naxçıvan”a boyun əyən “Neftçi” növbəti sınaq qarşısında idi.

Bu dəfə məkan yenə “Neftçi Arena” olsa da, rəqib Premyer Liqaya yayda vəsiqə qazanan Şamaxının eyniadlı təmsilçisiydi.

Oyunun həftəiçinə, günorta saatlarına təyin etdilməsiydi səbəb, yoxsa “ağ-qaralar”ın bərbad nəticələrlə yadda qalması – hər nə idisə, stadionda Premyer Liqada ab-havası hiss olunmurdu.

Yaxşı ki, “Forza Neftçi” var. Məhz onların fəallığı və dəstəyi sayəsində sirkə yox, futbola gəldiyimizi hiss etmək mümkün olurdu.

Matçın əvvəlindən sonuna qədər sevimli komandalarına lazım olan dəstəyi verdilər, 44-cü dəqiqədə şəhidlərin ruhuna hörmət əlaməti olaraq müxtəlif pankartlar açdılar.

Burdan-bura 110 kilometrlik məsafəni qət edib Şamaxıdan Bakıya gəlməyən, ya da paytaxtda çalışan şamaxılıların komandaya bu cür soyuq münasibətin səbəbini anlamaq mümkün deyil.

Çempionatın ən zəif büdcəsinə malik iki komandasından biri olan “Şamaxı” özündən qat-qat güclü rəqibləri ilə başa-baş oynayıb, səfərdə “Neftçi”dən xal alırsa və bunun sayəsində turnir cədvəlinin orta sıralarında qərarlaşırsa, başqa nə etməlidir?

Tribunalara bəzək qatan mənzərə ilk hissədə telefonumun obyektivinə tuş gələn altı nəfərdən ibarət “Neftçi”nin xanım azarkeşləriydi.

Stadionun təmizlik işlərinə cavabdehlik daşıyan qadınların ilk 45 dəqiqəni birlikdə izləməklə əhvallarına nə dərəcədə pozitivlik gəldiyini özləri daha yaxşı bilər.

Ancaq qatı futbol azarkeşləri olmadıqları əllərindəki telefonlara daha çox vaxt ayırmalarından görünürdü. Amma olsun.

Əsas odur, əksər kişilərin maraq göstərmədiyi idman növünü yaxından izləmək həvəsinə düşmüşdülər.

Oyun başa çatandan sonra Ramil Şeydayev, Emin Mahmudov, Rəhman Hacıyev kimi təcrübəli yerlilər ənənələrinə sadiq qalıb müsahibə verməkdən boyun qaçırdılar.

Düz də etdilər. “Neftçi”nin azarkeşlərindən üzr istəmək, gələcəklə bağlı xoş ümid vermək nəylərinə gərəkdir?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!