COP29

Nəvəsi “Neftçi”də qol vurdu, nənəsi “Tiktok”da gündəm oldu: "61 ildir ki..."

9 Noyabr 01:50 Neftçi 3 104
Nəvəsi “Neftçi”də qol vurdu, nənəsi “Tiktok”da gündəm oldu: "61 ildir ki..."

"Birinci dəfədir ki, əsas heyətdə meydana çıxmasına baxmayaraq, çox yaxşı oyun nümayiş etdirdi".

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova bildirib.

"Neftçi"nin Azərbaycan Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə oyunla bağlı sosial şəbəkədəki paylaşımında nəvəsini dəstəkləyən Ə.Məmmədova azarkeşlərin və izləyicilərin rəğbətini qazanıb. Çoxları "nənə xeyir-duası belə olar" deyə onu təqdir ediblər.

"On bir illik zəhmətin bəhrəsini görürük. İlk dəfə əsas heyətdə oynayır.

Buna baxmayaraq, məhsuldar ötürmə və bir qolla yadda qaldı. 68 yaşım var, 61 ildir, "Neftçi" azarkeşiyəm.

Ümid edirəm ki, "Neftçi" yenidən liderliyə yüksələcək. Nəvəm də komandanın qalib gəlməsində əlindən gələni etməlidir", - deyə Ə.Məmmədova vurğulayıb.

Murad Məmmədov görüşün 4-cü dəqiqəsində mükəmməl qolla hesabı 2:0-a çatdırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 16:40 İnfantino da gəldi - FOTO
12 Noyabr 16:30 Çək və bizə göndər!
12 Noyabr 10:40 Səni də burada görək!
12 Noyabr 08:40 "Biz bunu istəməzdik"