"Şamaxı" ilə oyunun hazırlıqlarını davam etdirən "Neftçi" Emin Mahmudovdan şad xəbər alıb.
Belə ki, sonuncu turun "Araz Naxçıvan"la görüşündə zədə alaraq meydanı erkən tərk etməli olan yarımmüdafiəçinin durumu qənaətbəxşdir.
MRT müayinəsindən sonra "8 nömrə"də hər hansı problem aşkarlanmayıb.
Özünü yaxşı hiss edən orta sahə oyunçusu artıq kollektiv məşqlərə qoşulub.
Mahmudov kimi Rəhman Hacıyev də artıq Samir Abasovun sərəncamındadır.
Zədə səbəbindən "Sabah" və "Araz Naxçıvan"la görüşləri buraxmalı olan yarımmüdafiəçi "Şamaxı"ya qarşı matçda meydana çıxa biləcək.
Maraq üçün bildirək ki, digər zədəli futbolçulardan Azər Salahlı, Alfa Konte, Mustafa Sek hələ də müalicələri ilə məşğuldur.
Andrey Şinyaşiki və Filip Ozobiç isə bir neçə gündü fərdi məşqlərə başlayıb.
XANOĞLAN/ SPORTİNFO.AZ