Deyəsən, Samir Abasov «Sumqayıt»ın aparıcı futbolçularının «Neftçi»yə kütləvi köçünü təşkil etməyi qarşısına məqsəd qoyub.
Oktyabrın əvvəlində «ağ-qaralar»ın düşərgəsinə qayıdan baş məşqçi artıq «kimyaçılar»ın üçüncü oyunçusuna elçi düşüb.
O, 1 ildən artıq müddətdə rəhbərliyi altında çıxış eləmiş Mehdi Cənnətovu Sumqayıtdan Bakıya dəvət edib.
Abasovla adıçəkilən qapıçı arasında şifahi danışıqlar olub. Fernandu Santuşun millidə «1 nömrə» olaraq şans verdiyi kiperin razılığını alıb.
Samir Abasrvun «gənclik şəhəri» təmsilçisindən Roi Kehat və Səbuhi Abdullazadəni də «Neftçi»yə gətirmək istədiyini daha əvvəl xəbər vermişdik.
Həm onların, həm də Cənnətovun hazırkı klubları ilə sözləşməsinin 2025-ci ilin yayında bitəcəyini yada salaq.
SPORTİNFO.AZ