COP29

Qriqorçukun “Neftçi”də qoyub getdiyi elə bir problem üzə çıxdı ki...

5 Noyabr 20:00 Neftçi 3 925
Qriqorçukun “Neftçi”də qoyub getdiyi elə bir problem üzə çıxdı ki...

“Neftçi” Samir Abasovun gəlişindən sonra mövsümdə ilk qələbəsini qazansa da, gedişat göstərir ki, komandada vəziyyət heç də ürəkaçan deyil.

Məsələ “ağ-qaralar”ın fiziki durumu ilə bağlıdır.

“Sabah”la heç-heçə, ardından “Araz-Naxçıvan”a məğlubiyyətdə komandanın fiziki vəziyyətinin çox pis olması daha çox diqqət çəkdi.

Hələ “Səbail” üzərindəki qələbədən sonra Emin Mahmudov komandanın fiziki baxımdan çox zəif olduğunu dilə gətirmiş, sona yaxın rəqib qapısında təzyiq yarada bilmədiklərini vurğulamışdı.

Abasovun gəlişindən sonra komandanın oyun planında canlanma hiss olunur. İndi “Neftçi” topu itirəndə daha çox təzyiq göstərir, daim irəli çıxmağa çalışır. Ancaq fiziki vəziyyət imkan vermir ki, “ağ-qaralar” bunu oyunboyu reallaşdırsın.

Roman Qriqorçuk xələfinə heç də yaxşı “miras” qoymayıb. Samir Abasov bunu dilə gətirmir, çalışır ki, fiziki hazırlıqdan danışmasın. Çünki sələfinin bostanına daş atmaq istəmir. Ancaq hər şey göz önündədir.

Hazırda “Neftçi”də yaranan “zədə epidemiyası” da bunu deməyə əsas verir. Bir neçə ağır məşq və yüklənmədən sonra futbolçular bir-bir sıradan çıxırlar.

Premyer Liqada hətta ortabab komandaların futbolçuları belə oyun ərzində 10-11 km məsafə qət etdikləri halda, “Neftçi”də bu göstərici ən yaxşı halda 9,5-10 km-ə bərabərdir.

“Neftçi” tez bir zamanda toparlanmalı, fiziki cəhətdən özünə gəlməlidir. Fiziki geriliyi qısa zamanda aradan qaldırmaq asan məsələ olmasa da, müsbətə doğru dəyişikliklər sezilməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...