COP29

Samir Abasov 2-3 futbolçunu “Neftçi”dən uzaqlaşdırmasa…

5 Noyabr 14:00 Neftçi 3 420
Samir Abasov 2-3 futbolçunu “Neftçi”dən uzaqlaşdırmasa…

«Neftçi» Samir Abasovla ilk məğlubiyyətini «Araz-Naxçıvan»dan aldı.

Bu, onun üçüncü oyununda baş verdi.

Yəqin ki, sonuncu yenilgi olmayacaq, ardı gələcək.

Abasov gərək hər şeyə hazır olsun. Mövcud heyət 2 ildən sonra geri qayıtmış baş məşqçini sevindirmək gücündə deyil.

Yay transferlərində o qədər səhvlər edilib, vəziyyəti düzəltmək üçün Abasova 1-2 ay bəs etməyəcək. Fevraldan sonra komandanın nəticələrini nizama sala bilsə, getsin papağını göyə atsın.

Bu prosesin mayadək sürəcəyini də istisna eləmirəm. Yəni, kollektiv daxilində görüləsi işlər kifayət qədər çoxdur. Abasov başını itirməsə yaxşıdır.

Ondan qabaqkı məşqçilərin buraxdığı yanlışları tək-tək çözmək məcburiyyətindədir.

Samir Abasovun çalışdırdığı komandalar digərlərindən həmişə fərqlənib. İlk növbədə psixoloji hazırlıq baxımından.

Təsəvvür edirəm ki, o, 1 aya yaxın müddətdə futbolçularla nə qədər söhbət aparıb, ruhsal aləmlərinə baş vurub, həmin hissi geri qaytarmaq, özünəinam yaratmaq üçün hansı vasitələri işə salıb.

Hələlik bunlar kara gəlmir. Hər halda «Araz» önündə miskin görüntü Abasovun həyata keçirdiyi psixoloji kursun səmərə faizinin hələ də çox aşağılarda olmasını bəlli etdi.

Emin Mahmudovu qazanmaq üçün verdiyi çabaya digər oyunçuların reaksiyası «0» həddindədir.

Qol epizodu yaratmağa güclük çəkən, müdafiədə böyük boşluqlar verən, cəsarət anlayışından uzaq komandanın komanda olmasından ötür Abasov nəsə bir şey fikirləşməlidir.

İki-üç nəfəri kollektivdən kənarlaşdırmaq kimi bir şeylər yəni. Mən o yollardan yalnız birini dedim.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...