"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqanın XII turunun “Araz-Naxçıvan”la matçında (0:1) zədələnib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra "Neftçi"nin baş məşqçisi Samir Abasov Mahmudovun növbəti mərhələdə oynamayacağını bildirib.
Ancaq MRT müayinəsinin nəticələri göstərdiyi kimi, hər şey o qədər də pis deyil.
Müəyyən prosedurlardan sonra Eminin bu həftə məşqlərə başlayacağı və Premyer Liqanın 13-cü turunun “Şamaxı” ilə görüşünə hazır olacağı gözlənilir