Samir Abasov "Neftçi"yə yeni ənənə gətirib.
Belə ki, Premyer Liqa matçlarından sonra futbolçular sərbəst buraxılmır.
Komanda üzvləri bir nəfər kimi klubun avtobusu ilə bazaya yollanır.
Nahar birgə edilir. Yalnız bundan sonra hər kəsə azadlıq verilir.
Daha əvvəl vəziyyət fərqli idi. Rəsmi oyunlardan sonra futbolçular sərbəst qalırdı.
Şəxsi maşınları ilə evinə gedən kim, dost-tanışı ilə görüşə gedən kimi.
Təcrübəli mütəxəssis bu yolla kollektiv daxilində birliyi gücləndirmək və xüsusilə qida rejiminə nəzarəti ələ almağı düşünür.
SPORTİNFO.AZ