COP29

Qriqorçukun “Neftçi”də arxada buraxdığı MİRAS

19:40 Neftçi 179
Qriqorçukun “Neftçi”də arxada buraxdığı MİRAS

"Neftçi" Samir Abasovun rəhbərliyi altında ikinci matçı da uduzmadı.

Ötən tur "Səbail"dən 3 xal qoparan "ağ qaralar" bu dəfə Masazırda 1 xala sevinməli oldu.

Hətta şansı gətirdi də deyə bilərik.

"Sabah" penalı qaçırdı, Ervin Koffi boş qapıdan topu çıxardı.

Meydan sahibləri başqa real qol fürsətlərini də sağa-sola az xərcləmədi.

Düzdü, üstün tərəf "Sabah" oldu. Amma "Neftçi"də tərpəniş olduğunu da demədən keçmək olmaz.

Qriqorçukun dönəmindən fərqli olaraq indi qarşımızda daha sistemli komanda var.

Hərə öz aləmində deyil. Fərdi ustalıqla nəyəsə nail olmaq yolunu seçəni görmürük.

Ortada bir komanda modeli olduğu aydın sezilir.

Futbolçuların nə etmək istədiklərini müəyyənləşdirmək olur.

Amma 55-60 dəqiqə.

Çünki ardını gətirməyə furbolçuların gücü yoxdur.

İki fərqli hissə izləməyimizin yeganə səbəbi budur.

Fiziki durum o qədər bərbaddır ki, fasilədən sonra ehtiyat skamiyaya baxan əvəzetmə istəyir.

Samir Abasov bilmirdi tapşırıq versin, yoxsa məsum baxışlara göz yaşı axıtsın.

Roman Qriqorçuk "Neftçi"ni təkcə turnir cədvəlində yaman günə salmayıb.

Fizik durumun bərbad halda olması da onun xələfi üçün qoyub getdiyi mirasdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti