COP29

“Neftçi” Konfrans Liqasına vəsiqə qazana biləcək - Hüseynov inanır

29 Oktyabr 02:50 Neftçi 1 543
“Neftçi” Konfrans Liqasına vəsiqə qazana biləcək - Hüseynov inanır

"Bu turda “Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Neftçi” oyunlarının baxımlı alındığını demək olar.

Digər matçlar isə bərabər səviyyədə keçdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov Premyer Liqanın XI turu barədə danışarkən deyib.

O, “Sabah”ın doğma meydanda “Neftçi”yə qarşı üstün mübarizə apardığını bildirib:

“Həmin matçda bəxt “ağ-qaralar”ın üzünə güldü. “Sabah” ikinci hissədə yaxşı çıxış edirdi.

Əgər ev sahibləri penaltini dəqiq yerinə yetirsəydilər, matçdan qələbə ilə ayrılacaqdılar. ”Neftçi”yə gəlincə, Samir Abasovun gəlişindən sonra kollektivin oyununda dəyişiklik hiss etmirəm.

Çempionatda II dövrə yeni başlayıb. İnanıram ki, sonda paytaxt klubu, heç olmasa, Konfrans Liqasına vəsiqə qazana biləcək”.

Y.Hüseynovun sözlərinə görə, Premyer Liqanı hansı komandanın tərk edəcəyi ilə bağlı indidən fikir bildirmək isə tezdir:

“Elitada qalmaq uğrunda əsas mübarizə “Kəpəz” və “Səbail” arasında gedəcək.

Lakin hər şey qış fasiləsindən sonra bilinəcək. Çünki komandaların reallaşdıracağı transferlərdən çox şey asılı olacaq”.

Premyer Liqada turnir cədvəlinə 27 xalla “Qarabağ” başçılıq edir. “Turan Tovuz” 24 xalla 2-ci sıradadır. İlk “üçlük”də isə “Araz-Naxçıvan” qərarlaşıb – 21 xal.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu