«Neftçi»nin köhnə-yeni baş məşqçisi Samir Abasov «Sumqayıt»dan yaxşı tanıdığı daha bir futbolçunu gündəminə alıb.
O, israilli yarımmüdafiəçi Roi Kehatdan sonra Səbuhi Abdullazadəni paytaxta gətirmək niyyətindədir.
Mütəxəssis 2 ilə yaxın müddət ərzində rəhbərliyi altında çıxış etmiş 2001-ci il təvəllüdlü orta sahə oyunçuna onunla bağlı planını açıqlayıb.
«Sumqayıt»ın yetirməsi olan Səbuhinin hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Müxtəlif şəxslər vasitəsilə Abdullazadə ilə əlaqə quran Abbasov uzunmüddətli kontrakt bağlamaq istədiklərini bildirib.
SPORTİNFO.AZ