Yeqor Boqomolski 2022-ci ilin yay ayında "Neftçi"yə transfer olunanda Belarusun ən istedadlı gənclərindən biri kimi təqdim edilmişdi.
22 yaşlı forvardla bağlanan 3 illik anlaşma məhz onun parlaq gələcəyinə hesablanmışdı.
Artıq üçüncü mövsümdü Yeqor "Neftçi" forması geyinir.
Laurentsiua Regekamfın dönəmində "ağ qaralar"a qoşulan legioner daha sonra Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk dönəmində göndəriləcəyi çox yazılsa da qalmağa davam etdi.
Ona Samir Abasovun dönəmində də "Neftçi" forması geyinmək müəssər oldu.
O, bu şərəfə 71 matçda layiq görülüb. Amma klub bir qəpiklik faydası dəyməyib.
Ən sadiq "Neftçi" azarkeşi də xatırlaya bilməz ki, 71 görüşdən hansındasa Yeqor komandasının xilaskarı rolunu oynayıb.
Amma normal maaşını alır, yetəri qədər şansını qazanır. Niyəsini bilən yoxdur.
Maraq üçün bildirək ki, onunla eyni vaxtda əsas komandaya cəlb edilən, klubun öz yetirməsi, gənclər millimizin üzvü Ağdadaş Salyanski isə arxada qalan müddətdə cəmi 15 dəfə meydana ayaq basa bilib.
XANOĞLAN/ SPORTİNFO.AZ