«Neftçi»nin köhnə-yeni baş məşqçisi Samir Abasovun qış fasiləsində düşərgəni tərk etməsini istədiyi ilk futbolçunun kimliyi bilinib.
İki ildən sonra «ağ-qaralar»ın sükanı arxasıqa dönmüş mütəxəssis Mark Tamaşın xidmətində maraqlı olmadığını qətiləşdirib.
O, klub funksionerlərinə macarıstanlı legionerin zəif tərəflərini açıqlayıb.
Bildirib ki, müdafiəçi fiziki cəhətdən ağırdır və əks-hücumlar zamanı topa çatmağa çətinlik çəkir. Üstəlik, özünə münasibətdə inamsızdır, məşqlərdə bir o qədər həvəslə çalışmır.
2023-cü ilin yayında Adrian Mutunun təkidi ilə Rumıniyadan Azərbaycana gələn 30 yaşlı əcnəbinin sözləşməsi gələn ilin iynunadək qüvvədədir.
Tamaş hələ 4 ay öncə «ağ-qaralar»la vidalaşmaq fikrində idi. Sonra niyyətindən daşındı.
Roman Qriqorçukun daha ona əsas heyət üzvü gözüylə baxmamasına rəğmən.
Macarıstan yığmasında 1 oyun keçirmiş Tamaş etiraf edib ki, yayın başında Rumıniya daxil, Avropanın bir neçə ölkəsinin komandasından təkliflər alıb, amma maliyyə şərtlərini uyğun görməyib.
SPORTİNFO.AZ