COP29

“Təklif gəldi, “Neftçi”də qalmağa üstünlük verdim, bura öyrəşmişəm”

13:40 Neftçi 419
“Təklif gəldi, “Neftçi”də qalmağa üstünlük verdim, bura öyrəşmişəm”

“Təklif klub rəhbərliyindən gəldi, mən də qəbul etdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin əsas komandasının sabiq məşqçisi Sənan Qurbanov deyib.

Klub rəhbərliyi ona jest edib. Ötən ilin yayından burada çalışan, Adrian Mutu, Miodraq Bojoviç və Roman Qriqorçukun korpusunda yer almış məşqçi bundan sonra da «ağ-qaralar»ın çörəyini yeyəcək.

Samir Abasovun yeni ekipində yer almayan, «Sumqayıt»a isə getmək istəməyən mütəxəssis artıq akademiyada fəaliyyət göstərəcək.

Qurbanov aşağı yaş qrupları üzrə 3 komandanın koordinatoru təyin olunub:

“Bu mənim üçün yeni işdir. Akademiya ilə əsas komanda arasında əlaqələndirici olacam.

Aşağı yaş qruplarının çıxışını, oyunlarını yaxından izləyib, perspektivli uşaq və yeniyetmələr barədə hesabatğ hazırlayacam. Hansılar ki, zamanı gələndə əsas komandaya cəlb oluna bilər.

Mən onlar barədə rəhbərliyi davamlı məlumatlandıracam. Akademiyanın baş koordinatoru Camal Bülbüllə əlaqəli çalışacam.

İnanıram ki, istedadlı uşaqların əsas komandaya yolu bundan sonra daha tez açılacaq. Siz düz yazmısız, həqiqətən «Sumqayıt»dan mənə təklif var idi.

Ancaq müxtəlif səbəblərə görə «Neftçi»də qalmağa üstünlük verdim. Bura artıq öyrəşmişəm. Rəhbərliyin mənə etimadını doğrultmaq üçün əlimdən gələni edəcəm“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?