COP29

Yeni baş məşqçi İsrail yığmasının eks oyunçusunu "Neftçi"yə dəvət etdi

14:40 Neftçi 674
Yeni baş məşqçi İsrail yığmasının eks oyunçusunu "Neftçi"yə dəvət etdi

Roi Kahat 2025-ci ilə «Neftçi»də başlaya bilər.

Bugünlərdə «Neftçi»yə qayıdan Samir Abasov «Sumqayıt»dan yaxşı tanıdığı yarımmüdafiəçini yenidən öz sərəncamında görməkdə maraqlıdır.

Baş məşqçi bununla bağlı istəyini artıq İsrail yığmasının sabiq üzvünə çatdırıb.

Kehat 2023-cü ilin yayından bəri «Sumqayıt»ın formasını geyinir, 32 yaşlı əcnəbinin «kimyaçılar»la sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.

O, karyerası ərzində ölkəsinin "Makkabi Təl-Əviv", "Hapoel Bir Şeva", "Makkabi Yavne", "Makkabi Hayfa", "Makkabi Netanya", həmçinin Avstriyanın "Avstriya" (Vyana) klublarında forma geyinib.

Azərbaycana gələn ərəfədə İsrail təmsilçisi "İroni Kiryat Şmona"nın şərəfini qoruyub.

İsrailin bütün aşağı yaş qrupu millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor