COP29

Samir Abasovun SÜRPRİZ QƏRARInın təfərrüatı üzə çıxdı

10:40 Neftçi 432
Samir Abasovun SÜRPRİZ QƏRARInın təfərrüatı üzə çıxdı

«Neftçi» Samir Abasovla çıxdığı ilk matçda qələbəylə tanış oldu.

Premyer Liqanın ilk dövrəsində qalibiyyət üzünə həsrət qalan «ağ-qaralar» yeni baş məşqçinin debüt matçında «Səbail»i 3:1 hesabıyla üstələdi.

Abasovun ən sürpriz qərarı kapitanlıq sarğısıyla bağlı oldu.

O, bazubəndi Rza Cəfərovun qoluna bağladı. Çalışdırıcı oyunsonrası mətbuat konfransında seçimini bu cür izah etdi:

"Hazırda kapitan Rza Cəfərovdur. Bu qərarım müvəqqətidir.

Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar.

Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik.

Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir".

«Abasov niyə belə elədi» sualı verib, çiyinlərinizi çəkməyin. Qoy, səbəbini biz açıqlayaq, siz də qulaq asın.

O, sarğını təkrar Emin Mahmudova qaytarmaq niyyətində olub. Lakin komandanın digər üzvləriylə söhbətdə adıçəkilən yarımmüdafiəçiyə münasibətin birmənalı olmadığını başa düşüb.

Ramil Şeydayevi hələ kapitanlığa hazır saymayan mütəxəssis Yuri Matiasın üzərində dayanıb. Lakin…

Bu haqda məlumatın saytımızda tirajlanması Abasovun fikirlərinə təsir edib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/205969.html).

Kollektivin içindən belə bir xəbərin mediaya sızmasına acığı tutub. Baş məşqçi braziliyalı müdafiəçiyə bir qədər gözləməyi məsləhət görərək, Rzanı önə çıxarıb.

Amma özünün də söylədiyi kimi, bu, müvəqqəti haldır. Bir neçə turdan sonra kapitanlıq bazubəndi yenidən qol dəyişəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor