COP29

Niyə Emin Mahmudovla Ramil .Şeydayev indi danışmağa başlayıb?

19:40 Neftçi 607
Niyə Emin Mahmudovla Ramil .Şeydayev indi danışmağa başlayıb?

“Neftçi” cari mövsümdə ilk qələbəsini Samir Abasovun rəhbərliyi altında qazandı.

Öz meydanında “Səbail”lə qarşılaşan “ağ-qaralar” rəqibini meydana çıxmağa peşman edərək 3:1 hesablı qələbəyə sevindi.

Oyundan sonra komandanın xeyli vaxtdır mətbuatdan uzaq düşən iki siması diqqətimi çəkdi – biri Emin Mahmudov, o biri Ramil .Şeydayev.

Azərbaycan millisinin şərəfini qoruyan bu nazlı oğlanlar xeyli vaxtdır mətbuatdan uzaq gəzirdi. Emin sonuncu dəfə nə vaxt müsahibə verdiyini bəlkə də özü xatırlamır. Bu il 100 faiz danışmayıb, dəqiqdir.

Şeydayev də “Neftçi” məğlubiyyətləri sıralayandan sonra jurnalistlərlə ünsiyyətə həvəsli görünmürdü. Lakin bu dəfə danışmağı lazım bildi.

Bunun adı qorxaqlıq, “Neftçi”yə və ictimaiyyətə hörmətsizlikdir, başqa heç nə.

Komanda uğursuz olduğu günlərdə ağzına su al, qaç gizlən, qələbə qazanan kimi qəhrəman obrazı yaradaraq sinəni irəli verib bülbül kimi öt.

Bax, budur “Neftçi”nin əksər futbolçularının əsl üzü. Bilin ki, siz müsahibə verməmək üçün siçan deşiyi axtaranda, Yuri Matias diktofonun qarşısına keçib bütün sualları cavablandırırdı.

Hünərinmiz çatırsa, çətin günlərin qəhrəmanı olun. Qalib gələndə hamı danışa bilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti