COP29

“Neftçi”: 1 oyunu kənardan izləyəcək, bu qədər pul ödəyəcək

03:50 Neftçi 105
“Neftçi”: 1 oyunu kənardan izləyəcək, bu qədər pul ödəyəcək

AFFA “Neftçi”nin legioneri Edvin Kuçu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, belə qərar İntizam Komitəsinin bugünkü iclasında qəbul edilib.

31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 10-cu turunda “Səbail” oyunun 81-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum edib.

Monteneqrolu birbaşa qırmızı vərəqə alıb, buna görə də 1 oyunluq cəzalanıb. Onun bu hərəkətinə görə klubu 1000 manat cərimə edilib.

Sözügedən oyunda "Neftçi" "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk qələbəsi olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor