COP29

“Neftçi”nin baş məşqçisi “qıfıllama” göstərişi verdi

20:40 Neftçi 661
“Neftçi”nin baş məşqçisi “qıfıllama” göstərişi verdi

“Neftçi”nin yeni baş məşqçisi Samir Abasov komandaya nəzarəti bütünlüklə əlində saxlamağa çalışır.

46 yaşlı çalışdırıcının növbəti qərarı da məhz buna hesablanıb.

Sportinfo.az xəbər verir ki, Abasov futbolçularına mətbuatla ünsiyyəti qadağan edib. “Səbail” üzərindəki qələbədən sonra (3:1) Emin Mahmudovla Ramil Şeydayev müsahibə versə də, digərlərinə bu imkanı tanımayıb.

Konkretləşdirsək, Alfa Konte ilə söhbətdə bəzi suallara cavab tapmaq istəyimiz baş tutmayıb. Klubun mətbuat xidmətindən bildirilib ki, qadağa baş məşqçiyə məxsusdur.

“Qıfıllama əməliyyatı”nın “Sabah”la oyuna qədər nəzərdə tutulduğu bildirilir. Samir bəy futbolçuları bu qarşılaşmaya fokuslamaqla yanaşı, deyiləcək hansısa fikrin yanlış anlaşılacağından ehtiyat edir.

Premyer Liqanın 11-ci turu çərçivəsində “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Neftçi” qarşılaşması oktyabrın 27-də keçiriləcək və start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?